Əziz oxuyucu.
Uzun illər böyük məlumat bazalarının idarə edilməsi ilə məşğul olub, son zamanlar Big Data, Data Science, Machine Learning və Aİ ilə əlaqəli bir çox təlimlər aldıqdan sonra düşündüm ki, öz nəzəri və praktiki biliklərimi sizlərlə paylaşım. Bu səbəbdən DataScience.az səhifəsində zaman-zaman müxtəlif məqalələr yerləşdirib sizlərə cüzi də olsa yuxarıda adı çəkilən sahələrdə fayda verməyə çalışacam.
İlk öncə bu yeni nəsil texnologiyaları haqqında ümumi məlumatlar verib, daha sonra bir çox praktiki məşğələ və misallarla bəzi problemlərin həllini sizlərlə paylaşacağam. Əsas məqsədim, dünyada bu sahələrdə baş verən innovativ dəyişikliklərin yerli İT mühitimizdə də tətbiq edilməsinə nail olmaqdır.
Suallarınız və təkliflərinizə hər zaman açığam.
Təşəkkürlər
Kamran Ağayev A. (OCM, ACE Director, Author, Blogger, Speaker)
http://www.kamranagayev.com
Salam.
Data Science’a yeni addım atıram. 4-5 il analiz aləti olaraq Excel istifadə etmişəm. İndi Big Data sahəsinə daxil olmaq, öyrənmək, professionallaşmaq istəyim var. Haradan, necə və hansı şəkildə başlamağımı məsləhət görürsünüz?
Mümkündürsə, Linkedin-də bu mövzunu sizinlə bir az müzakirə etmək istərdim.
Salam İbrahim bəy. Əlbəttə müzakirə edə bilərik. Yazdığınız məsələ ilə bağlı yaxın günlərdə hər bir sahə üzrə “Learning Path” paylaşacağam, ordan daha detallı məlumat əldə edə biləcəksiniz.
Təşəkkürlər!